Rüfət Xəlilov

Köşə yazarı

14:00 4 Oktyabr 2017 7982
A- A+

Sarkisyan öldürüldü, ordumuz hücuma keçdi... - Saytlarımızın "əndrabani" başlıqları

Sarkisyan öldürüldü, İrəvan qarışdı, ordumuz hücuma keçdi...

Başlıq sizi aldatmasın. Əslində, ölən bədnam qonşumuzun karikatura simalı prezidenti deyil. Ölən düşmən cəbhənin adi bir zabitidir. İrəvan da qarışıb eləməyib. Ermənistandada həyat davam edir, elə Azərbaycanda da. Cəbhədə isə həmişəki kimi tez-tez atəşkəs pozulur. Amma cəbhə üçün bu adi bir haldır. Dəyəsən mövzudan biraz yayındıq. Keçək əsas məsələyə.

Xəbər saytlarının “başlıq” siyasətimi deyim, oyunumu deyim bilmirəm. Nədənsə bəzi həmkarlar oxucuları başlıq sayəsində tora salmaq istəyirlər. Bəli, məhz tora salmaq! Xəbər vermək yox. Şok, Şok, Şok, Flaş, Flaş, Flaş, Son dəqiqə, Obbbaaaa, Ooohaaa - Arvad ərini baltaladı, Ata qızına görün nələr etdi, Arvadını yataqda görün kiminlə tutdu və buna bənzər yüzlərlə pornoqrafik başlıq. Son günlərdə hətta bəzi ciddi, peşə etikasını qoruyan xəbər portalları da bu cür "əndirəbani" başlıqlara meyl edirlər. Cənablar, əndazəni aşmaq lazım deyil. “Kütlə bunu tələb edir” bəhanəsi isə fikrimcə, çox yersizdir. Başa düşürəm, Sovet dövründəki kimi senzura yoxdur. Hər yazılana, deyilənə çox da diqqət yetirilmir. Azad mühitdə isə mütləq yağışdan sonra yerdən bir göbələk çıxmalıdır. Yerli saytlar cəmiyyətimizi maarifləndirmək əvəzinə insanları qurşaqdan aşağı xəbərlərlə yükləyirlər. “Zalım uşaqları” elə bil bir-birlərini təkrarlamaq üçün yarışa çıxıblar. Bunlar hər gün, hər dəqiqə, hər saniyə tirajlanır.

Bəzən isə “xəbərin başlığı” Əlidən olur, içindəki məlumat isə Pirvəlidən. Bu halda isə xalqımızın yüz illərə dayanan zəngin söyüş leksikonu işə düşür. Qınanan və platonik olaraq söyülən isə “başlığın müəllifi olur”. Bəlkə də, çoxu məni qınayacaq, amma fikrimcə, bu cür aldadıcı, pafoslu başlıqlar türk mediasının məhsuludur. Haqqında bəhs etdiyimiz türklərin yaxşı bir deyimi var - “Eşşek şakası”. İnanın ki, bəzi başlıqlar məhz “Eşşək şakasına” bənzəyir. Bu xəstəlik bizim mətbuata qan qardaşımız olan türklərdən keçib. Üstəlik bizim mediaya kustar üsulla calaq edilən bu məhsul xammal kimi istifadə edilir. Rus jurnalistikası isə xəbəri olduğu kimi şişirtmədən, bər-bəzəkli başlıq yazmadan olduğu kimi oxucuya təqdim edir. Doğru olanı da budur. Dəqiq və qərəzsiz.

P.S . Dəhşətə gələcəksiniz! Qardaş bacısına hamamda...

​Kino çox vacibdir, cənablar! - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Rüfət Xəlilov

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI