Səfiyar Məcnun

Köşə yazarı

14:02 4 Noyabr 2017 1840
A- A+

Bethovenə qulaq asan "mama uşağı"

Salam, Mehman. Mənəm ee... Bethovenə qulaq asan "mama uşağı". O davalara-zada qoşulmayan oğlan. Heç indi də qoşulmuram ha... nəyimə lazım?! Sadəcə sözün yadıma bir hadisə saldı, dedim, onu Bethovenlə bölüşüm.

Deməli, Bethoven əmi, bir dəfə Salyanda toydayam, toya dava düşdü. Elə-belə yüngülvari. Qansız, filansız. Bildim ki, indi meyxana deyənlərin gəlmə vaxtıdı. Elə zaldan çölə çıxırdım ki, bir tənbəki alışdıram, qoluma səbəbi qohumfason bir şey girdi. Dedi ki, "ə qohum, bu nə davadı sən canı?!" Sevindim. Dedim deyəsən bu 100% ömründə bir dəfə də olsun sənə qulaq asıb. Davam elədi ki, "İnşallah, Allah qoysa, mən deyən olmasın, bəs, Allah deyən olsun, oğlumun toyunda bir dava salacam, bir dava salacam ki, qan su yerinə axsın. Sözü-söhbəti ərşə çatsın”. Dedim "inşallah". Elə bu dəmdə Əhməd adlı meyxana deyən mikrafonu götürdü əlinə ki, bəs, "mən özümü bu kəntdə kənar bilmirəm, səni də sənətdə peşəkar bilmirəm" zad. Ləqəbi də "Li" idi. Əhməd Li. Əhməd Lidən sonra da Həzi Aslanov gəldi. Və maşinist “sonuncudur, xahiş edirik qatarları tərk edin” mesajını verdi. Nəysə, bunnan işim yoxdu... bu dava salanlar hamısı qucaqlaşıb öpüşdü. Qohumfason şey də Əhmədin cibinə bir "beşdiy" basdı, mən də mamamı götürüb, getdim evə.

A Mehman, gəl sənə bir hadisə də danışım. Taa ağzımı açmışam. "Nəsimi" filminə baxırdım, Nəsimi Topal Teymura dedi ki, bəs "güclü, gücsüz insan yoxdu. Kamil insan var, bir də cahil.". Topal Teymur da susmağı (Nəsimini öldürməməyi) bacarır. Bu elə bir növ kamillik, müdriklik, sənin dilinlə desək "yaxşı oğlan" əlaməti idi. Düşünürəm ki, əgər mən Mehman Əhmədlinin həyatı qəbul elədiyi çərçivədə yoxamsa, deməli, avtomatik olaraq o da mənim həyatı qəbul elədiyim çərçivədə yoxdur. İndi nətər olur ki, mən susuram amma Mehman Əhmədli danışır?!

Hə, yaxşı yadıma düşdü: Bethovenə zəng eləmişdim ki, fikrini öyrənəm. Dedi ki, "mən dava olanda davalara qoşulurdum, özümə qulaq asmırdım, çantamı götürüb məktəbə getmirdim, hava qaralmamış evə qaçmırdım, gecələr küçəyə çıxmağa qorxmurdum deyə meyxanaya yaxın durmuşdum. Daha doğrusu, meyxana mənə yaxın durmuşdu. Mehmanı da tanıyıram, qulaq asıram, sənətinə hörmət edirəm. O, elə söz deməz"

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI