Bürclər



Oğlaq
23 Dekabr - 20 Yanvar

Aylıq bürc proqnozu

Romantik olaraq yeni işlərə başlamaq üçün çox motivasiya alacaqsınız. Əgər siz bir şeylər qazanmağı hədəfləmişsinizsə, dərhal işə başlarsınız. Mars Oğlaq bürcündə olacaq, əzm və hərəkətliliyin yanında o sizə ehtiras təqdim edəcək və cinsi instinktiniz çoxalacaq. 2018-ci ilin Noyabr ayı Oğlaq bürclərinin meyli kiminsə ürəyini qazanmaqdır, başdan çıxarmaq deyil. İçəriyə çox dalmayın, əks halda insanları qorxudarsınız. Digər tərəfdən eşq planeti olan Venera Oğlaq bürcünün 11-ci evi olan şans evində olacaq. Venera planetinin bu vəziyyəti sizə əyləncə, ictimailəşmə və qrup fəaliyyətləri verəcək. Siz partnerinizle birlikdə qrup proyektlərində, nümayişlərdə və yığıncaqlarda iştirak edəcəksiniz, əgər təksinizsə, belə bir mühitdə yarınızla tanış olma fürsəti qazana bilərsiniz. Mars planetinin Oğlaq bürcündə olmasına görə siz bütün Noyabr ayı boyunca professional olaraq aktiv və məhsuldar olacaqsınız. Siz hadisələrin mərkəzində olacaqsınız: başladacaqsınız, təşkil edəcəksiniz, icra edəcəksiniz, idarə edəcəksiniz. 2018-ci ilin Noyabra ayı enerjiniz kifayət qədər olacaq və siz ideya yaranan kimi onu dərhal praktikada tətbiq edəcəksiniz. Gecikmələri dərhal həll edəcək, yeni proyektlərə başlayacaq, aydın olmayan işləri həll edəcək, qərarlar verəcəksiniz. Bu dövr sizin başqalarını da öz proyektinizə qatmaq üçün mükəmməl tutumunuz olacaq və onları motivasiya edib öz proyektlərinizə qatacaqsınız. Siz asanlıqla proyektinizə könüllü dəstək verəcək bəzilərini və himayəçiləri tapacaqsınız və onlar sizə hədəfinizə çatmaqda köməkçi olacaqlar. Cəmiyyətdə inkişaf edəcəksiniz, qrup lideri olacaqsınız və tamaşaçılarla birlikdə fəaliyyətlərdə iştirak edəcəksiniz. Oğlaq bürcləri üçün xüsusilə 2018-ci ilin Noyabr ayının ikinci yarısı maliyyə məmnuniyyəti görünür. Evinizə, torpağınıza və ya qiymətli mallarınıza sərmayə qoymanız mümkündür. 2018-ci ilin Noyabr ayı Oğlaq bürcləri enerjisi bol olacaq və gözəl fiziki müqavimətə sahib olacaqlar. Adrenalin artacaq və hər zamankından daha çox səy göstərəcəksiniz. Lazım olan fəaliyyətlərə qatılmaq və mübarizə etmək üçün idman etməniz lazımdır. Sinir pozğunluğu, kobudluq, tələsməyə meylli olacaqsınız, bütün bunlar da zərər və qəzaya gətirib çıxarır.