Bürclər



Dolça
21 Yanvar - 19 Fevral

Aylıq bürc proqnozu

2019-cu ilin Avqust ayına qədər Dolça bürcünün evlilik evində yerləşən Yupiter romantik baxımdan yaxşı bir təməl yaradacaq. Evlilik əlaqələri uyğunlaşma içində inkişaf edəcək, siz birlikdə mükəmməl şeylər edəcəksiniz və partneriniz uğurlu bir dövrdən keçəcək. Əgər təksinizsə, yeni bir əlaqəyə başlaya bilərsiniz. Əgər əlaqənin yükü altında əzilirsinizsə, yaxşı perspektivlərdən məhrumsunuzsa, asanlıqla bu əlaqədən imtina edə bilərsiniz. 2018-ci ilin Noyabr ayının ikinci dövrü Dolça bürcləri diqqətə dəyər hadisələr gözləyərkən Yupiter planetinin hərəkəti əlavə güc tələb edəcək. Ayın birinci yarısı, Ab-hava çox gərgin olacaq. Qərar vermək üçün özünüzü təzyiq altında hiss edəcəksiniz və ya cütlər maneələrin öhdəsindən gəlməli, daha çətin vəziyyətlərlə qarşılaşmalı olacaqlar. 2018-ci ilin Noyabr ayı Dolça bürcləri üçün professional baxımdan çox uyğun ay olacaq. Günəş, Venera və Merkuri planetləri Dolça bürcünün karier evindən keçəcək və ciddi Saturn planetini həvəsləndirəcək, çünki bu planet az qala 2 ildir ki, Dolça bürcünə ciddilik, intizam və sərtlik göndərməyə çalışır. Günəşlə birlikdə Venera, Merkuri və Saturn planetləri diqqətinizi cəmləməkdə, nəticədən faydalanmaqda sizə kömək olacaq. 2018-ci ilin noyabr ayının ikinci yarısı komanda işi Dolça bürclərinə yeni iş yoldaşlığı və kontraktlar gətirəcək. Üstəlik planlarınızı reallaşdırmaq üçün ümid etmədiyiniz köməyi ala biləcəksiniz, ola bilsin ki, bir qadından və ya partnerinizden gələcəkdir bu kömək. 2018-ci ilin Noyabr ayının ikinci yarısı Dolça bürcləri gözlənilməz maliyyə dəyişikliyinə uğrayacaqlar. Sizin hər vaxt yaxşı bədən müqavimətiniz vardır, amma 2018-ci ilin Noyabr ayında bir az tədbirli olmanız lazımdır. Dolça bürcünün 12-ci evindəki Mars - Pluton birləşməsi sizin kürəyinizdə ağrılar yarada bilər. Yoluxucu xəstəliklərə tutulmamağa çalışın və ifratdan qaçının! Səyahət edərkən də diqqətli olun(piyada və ya nəqliyyat vasitələri fərq etməz) , çünki qəzaya düşmə riskiniz olacaq.