Bürclər



Qız
24 Avqust - 23 Sentyabr

Aylıq bürc proqnozu

2018-ci ilin Noyabr ayı Qız bürclərinin yaydığı cazibədarlığı heç bir şeylə müqayisə etmək olmaz. Qız bürcünün eşq evində reallaşan Mars - Pluton birləşməsi sizə basdırılmış cinsi güc verəcək və bu güc başqalarını təsir edəcək və sizi bəzi şeylər etməyə təhrik edəcək və sizin bunu basdırmağa qabil olmayacaqsınız. Planetlərin belə düzülüşü sizə dözülməz cazibə verəcək. Üstəlik Saturn planeti ilə birlikdə 2018-ci ilin Noyabr ayının ilk 20 günlüyü Qız bürcünün eşq evinin idarəçisi, Günəş və Venera planeti də olacaq, Günəş istilik və canlılıq qatacaq, Venera eşq və romantika verəcək. Beləcə 2018-ci ilin Noyabr ayı Qız bürcləri üçün böyük romantiklik və cinsi güclə xatırlanacaq. Geriyə qalan uyğunlaşma və anlayışdır, ayın ikinci yarısı Qız bürclərinin əlaqələri müsbət təsir qazanacaq. 2018-ci ilin Noyabr ayı məlumat və əlaqə Qız bürcləri üçün açar sözlərdir. Yazı, tənzimləmə, tərcümə, öyrənmə, araşdırma ümumiyyətlə göz qarşısında olacaq, həm də məlumat artırma, imtahan, testlər, müsahibə, müzakirə, düşüncə alış-verişi. 2018-ci ilin Noyabr ayı başlanğıclarla dolub daşacaq və o qədər sürətli keçib gedəcək ki, siz planları praktikaya tökə bilməyəcəksiniz. Siz çox inandırıcı və dəbdəbəlisiniz, yaradıcılığınızı təqdim edə bilirsiniz. Təqdim etmək, göstərmək və yeni işə başlamaq üçün yaxşı zamandır. Pul baxımından Qız bürcləri 2018-ci ilin Noyabr ayının ilk dövrü bir az gərginlik yaşayacaqlar, lakin ayın ikinci yarısı onlara şans və müvəffəqiyyət gətirəcək. Sağlamlıq baxımından yaxşı olacaqsınız, sizin böyük fiziki gücünüz olacaq və həyat dolu olacaqsınız. 2018-ci ilin Noyabr ayı Qız bürcləri üçün səyahət, gediş, idman fəaliyyətləri ilə dolu, enerji istehlak edən çox aktiv ay olacaq. Qız bürcləri sağlamlıq və fiziki görünüşləri ilə maraqlanacaqlar və tibbi məqsədlə səyahət və araşdırma edə bilərlər.