Bürclər



Əqrəb
24 Oktyabr - 22 Noyabr

Aylıq bürc proqnozu

Böyük ehtimalla daha xoşbəxt zamanlar keçirmisiniz və yenə də xoşbəxt zamanlar keçirəcəksiniz. Hələlik Oktyabr ayı Əqrəb bürclərinə əlaqələr mövzusunda çox da xoşbəxtlik vəd etmir. Eşq planeti və Əqrəb bürcünün evlilik evinin idarəçisi olan Venera çox comərd olmayacaq. Qaranlıq on ikinci evdə yerləşən Venera təkliyə, xəyal qırıqlığına, qarışıq vəziyyətlərə, passiv, əhəmiyyətli heç bir şeyin olmadığı həftələrə gətirib çıxaracaq. 2018-ci ilin 23 Oktyabr axşamı fövqəladə hadisələr yaşana bilər, çünki Əqrəb bürcündə Günəşin mövqeyi pis olacaq və bunun da Əqrəb bürcünə yenicə girmiş Venera planeti ilə sıx bağlılığı vardır. Planetlərin belə bir düzülüşü ayın sonunun çox həyəcanlı, ehtiraslı və çaşdırıcı olacağını göstərir. 2018-ci ilin Oktyabr ayı Əqrəb bürclərinə təklif olunan iş fürsətlərinə görə fövqəladə bir ay olacaq. Əqrəb bürcünün səyahət evində yerləşən Yupiter və Uran arasındakı uyğunlaşma Əqrəb bürcünün pul evində yerləşən və Yupiter və Uran planeti ilə mükəmməl Alov Üçbucağı meydana gətirən Mars tərəfindən gücləndiriləcək və sizə şans, inkişaf və maliyyə müvəffəqiyyətləri verəcək. Siz böyük ehtimalla gərgin, gizli hətta sirli çalışma ilə, belə bir müvəffəqiyyəti himayə edəcəksiniz. Bu hamısı deyil, heç gözləmədiyiniz bir zaman tale sizə sürpriz edəcək və şans gətirəcək! Qısacası siz 2018-ci ilin Oktyabr ayı uyğun astrolojik vəziyyətdən faydalanacaqsınız, cəsur olun və bu dəyişiklikləri qarşılayın. Əqrəb bürcünün xəstəliklər evində Ayın və Əqrəb bürcündə Günəşin retrogradı zamanı 2018-ci ilin Oktyabr ayında ortalıqda çox dolanmayın. İstirahət edin, əgər hər hansı bir xəstəliyə tutulmuş olduğunuzdan şübhələnirsinizsə və ya bədəninizdə səhv gedən hər hansı bir şey fərq edirsinizsə, sizə tövsiyəmiz dərhal həkimə baş vurun və müayinə olun! Unutmayın hər şey fövqəladə və ani qarma qarışıqlıqlarla da nəticələnə bilər.