28856 abituriyent ixtisas seçimi edib - DİM

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a bildirilib ki, saat 11.00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas qrupu üzrə 247 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 692 nəfərdir. Ümumilikdə bütün ixtisas qrupu üzrə 28 856 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR