Azərbaycan dənizdə taktiki döyüş təlimlərinə başlayıb - FOTOLAR

Dövlət Sərhəd Xidmə­tinin (DSX) silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Res­publikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” möv­zusunda taktiki döyüş təliminə start verilib.

DSX-dən Metbuat.az-a verilən məlumata görə, Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardlr:

- Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infras­trukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;

- dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdiril­məsi;

- sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;

- gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;

- raket-artilleriya qurğularından atışların keçirilməsi;

- Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması.

Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında tə­limə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələ­rin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib, onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb.

Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sər­həd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılıb.

Toy günü bəyi gözləyən gəlin aldığı BU XƏBƏRLƏ SARSILDI - ŞOK OLAY - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR