Play Store

“Onların dolları varsa, bizim də ...” – Ərdoğan

Türkiyənin maliyyə sistemi pozmaq vasitəsilə Ankaraya iqtisadi təzyiqlər etmək cəhdinin heç bir perspektivi yoxdur.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rizədə xalq önündə çıxışı zamanı deyib.

“Əgər onların (ABŞ - red.) dolları varsa, bizim də xalqımız, hüququmuz və Allahımız var.” – deyə, Ərdoğan vurğulayıb. Həmçinin, xalqı müxtəlif ölkələrin Türkiyəyə və onun iqtisadiyyatına qarşı apardıqları çirkin kampaniyaya məhəl qoymamağa çağırıb.

Qeyd edək ki, Ankara ilə Vaşinqton arasındakı siyasi gərginlik fonunda türk lirəsinin ABŞ dolları qarşısındakı məzənnəsi tarixdə ilk dəfə rekord həddə ən aşağı səviyyəyə düşüb. Belə ki, bu gün 1 dollar 6 lirə, 100 dollar isə müvafiq olaraq 586 lirə dəyərində müəyyənləşib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR