Ərdoğandan ABŞ-a SƏRT REAKSİYA: "Nə qədər ki, gec deyil..."

Ərdoğandan ABŞ-a SƏRT REAKSİYA: "Nə qədər ki, gec deyil..."
10:48 11 Avqust 2018
116 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın bu hərəkətləri bizi yeni müttəfiqlər axtarmağa məcbur edir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Times” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ -ın birtərəfli mövqe nümayiş etdirməsi Türkiyəni buna vadar edə bilər.

“İllərdir müttəfiqimiz olan ABŞ-ın Türkiyə əleyhinə bu cür addımlar atması, sanksiyalar tətbiq etməsi onların özü üçün zərərli olacaq. Nə qədər ki, gec deyil Vaşinqton səhv etdiyini anlamalıdır. Əks halda, biz yeni müttəfiqlər, dostlar axtarmaq məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, son günlər Türkiyə lirəsi dollar qarşısında dəyərini itirir. Bir gündə təxminən 20% dəyər itirib. dünən Trampın qərarı ilə Türkiyədən idxal edilən polad və aliminiumun gömrük vergisi iki qat artırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/250204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR