ABŞ TAP boru kəməri layihəsini dəstəkləyir - Rick Perry

ABŞ Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərini dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Rick Perry Moskvada Rusiyanın energetika naziri Aleksandr Novakla görüşü zamanı deyib.

“ABŞ avropalıların tək enerji təchizatçısından asılılığını minimuma endirmək arzusunu dəstəkləyir. Həmçinin ABŞ Azərbaycan kimi istehsalçılar da daxil olmaqla qazda artan rəqabəti dəstəkləyir”, - deyə Rick Perry əlavə edib.

Xatırladaq ki, iyunun sonlarında Vaşinqtonda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə ABŞ-ın enerji naziri Rick Perry Birləşmiş Ştatların Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin davam edəcəyini demişdi.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR