“Florens” ABŞ-a çatdı - VİDEO

“Florens” ABŞ-a çatdı - VİDEO
20:18 14 Sentyabr 2018
53 Digər
Ölkə mətbuatı
A- A+

“Florens” qasırğası ABŞ-ın şərq sahillərinə çatıb.

Publika.az xəbər verir ki, saatda 150 kilometr sürətlə hərəkət edən külək Şimali Karolina ştatında tüğyan edir.

Qasırğa Vilminqton şəhərində güclü yağıntı ilə müşayiət olunur.

Ştat ərazisində 200 mindən çox elektrik kəsintisi qeydə alınıb.

Qeyd edək ki, “Florens” qasırğasının yaxınlaşması ilə əlaqədar Virciniya, Corciya, Merilend, Şimali Karolina və Cənubi Karolina ştatlarında və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şimali və Cənubi Karolina ştatlarında 1,5 milyon sakinin təxliyəsi elan olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/253382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR