İngiltərə Premyer Liqasında son turun NƏTİCƏLƏRİ

İngiltərə Premyer Liqasında V turun növbəti oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, son çempion “Mançester Siti”nin doğma meydanında “Fulhem”i qəbul edib. “Etihad” stadionunda keçirilən matçda hesaba erkən aydınlıq gətirilib. “Mançester Siti”nin gənc hücumçusu Leroy Sane fərqlənib. 20 dəqiqə sonra isə David Silva fərqi daha da artırıb.

İlk hissə “Mançester Siti”nin 2:0 hesablı qələbəsi ilə tamamlanıb.

İkinci hissədə Rəhim Sterlinqin dəqiq zərbəsi daha bir qolla nəticələnib. Beləliklə matç meydan sahiblərinin 3:0 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Arsenal”ın “Nyukasl” komandası ilə qarşılaşması londonluların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Görüşün 49-cu dəqiqəsində Qranit Caka və 58-ci dəqiqədə Məsut Özil fərqlənib. “Nyukasl”ın yeganə qolunun sahibi isə 90-cı dəqiqədə Ciran Krark olub.

Çelsi” klubu “Kardif” komandasını 4:1 hesabı ilə məğlub edib.

Aşağıdakı hesablar isə turun digər oyunlarında qeydə alınıb:

“Bormunt” – “Lester Siti” – 4:2

“Huddersfield” – “Kristal Palas” – 0:1

Qeyd edək ki, turnir cədvəlinin liderləri 15 xalla “Çelsi” və “Liverpuool” klublarıdır.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR