Təyyarədə evlilik təklifi etdi, sevgilisini işdən qovdular - Ağılsız aşiq

Çində maraqlı hadisə baş verib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, "China Eastern" hava yollarına aid şirkətdə işləyən stüardessa iş başında olarkən sevgilisindən evlilik təklifi alıb. Hadisə təyyarə havaya qalxdıqdan yarım saat sonra baş verib. Stüardessa sevgilisinin evlilik təklifini qəbul edib.

Baş verən hadisədən sonra şirkət stüardessanı işdən qovub.

Yerli mediaya açıqlama verən hava yolları şirkəti stüardessanı sərnişinlərin həyatını təhlükəyə atdığı üçün işdən azad etdiklərini bildirib.

Şirkətin açıqlamasından sonra Çində sosial media istifadəçiləri arasında fikir ayrılıqları olub. Bəzi istifadəçilər şirkətin qərarını düzgün hesab etməyib, bəziləri isə şəxsi həyatın işə qarışdırılmamasını uyğun biliblər.

Adriana Limadan yeni DƏB - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR