Bu turizm şirkətləri "QARA SİYAHI"ya düşə bilər - DİQQƏT!

Turizm şirkətləri müştəri cəlb etmək məqsədilə tez-tez endirim kompaniyaları təşkil edir.

İnsanlar ucuz olduğu üçün çox vaxt bu kompaniyalardan yararlanmağa çalışırlar. Lakin “Ucuz ətin şorbası olmaz” - deyirlər. Belə ki, bəzi ucuz turlar çox vaxt göstərilən tələbləri yerinə yetirmir. Məsələn, gündə 3 dəfə yemək təklif edilir, biri verilir. Fotosessiya olacağı deyilir, nədənsə kameramanın hər dəfə işi çıxır. Belə, həm müştəri aldadılır, həm də turizm şirkətləriylə bağlı cəmiyyətdə mənfi fikirlər formalaşır.

AzTA müştərilərini aldadan turizm şirkətləri ilə bağlı bu gün hansı tədbirlər görür?

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, AzTA öz üzvlərinə cavabdehlik daşıyır:

“Qeyri-peşəkar, dələduz davranışlar ölkədə yerləşən turizm şirkətlərinin imicinə xələl gətirən amildir. Ölkə turizminin inkişafında sahibkarlara dəstək verməklə bağlı Cənab Prezident sərəncam imzalayıb. Bu sərəncam turizm şirkətlərinə imkan verdi ki, heç bir sənəd almadan turizm sahəsində fəaliyyət göstərsinlər. Amma təəssüf olsun ki, bu imkanlardan dələduz insanlar da yararlanırlar. Belə halla qarşılaşan turist heç kimə şikayət edə bilməz. Ona görə ki, bugünkü gün hansısa bir qurum tərəfindən bunu idarə edən mexanizm yoxdur. Əvvəllər turzim şirkətlərinin lisenziyası vardı. Hansısa bir hadisə baş verən zaman Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilir, onun lisenziyası geri götürülürdü. Lakin bu gün elə bir şey yoxdur. Biz bu gün həmin şikətləri yalnız "Qara siyahı"ya sala bilərik. Biz ancaq öz üzvlərimizə cavabdehlik daşıyırıq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR