İPhone istifadəçilərinə BƏD XƏBƏR

"Apple" yeni "iPhone "XS" və "XS Max" modellərini satışdan çıxara bilər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni modellərin şarj olma problemi ortaya çıxıb.

Cihaz şarja taxıldığı zaman ekran bağlıdırsa, yəni telefon "standby" rejimindədirsə, şarj aləti işləyə bilmir. Bəzi istifadəçilər telefonlarının şarj olması üçün ekrana toxunmaq məcburiyyətində qaldıqlarını, bəziləri də şarj kablosunu çıxarıb təkrar taxmalı olduqlarını bildirib. Bəzi istifadəçilər isə telefonun şarja taxıldığında donduğunu qeyd edib.

"Forbes" jurnalı yazıb ki, problem həll olunmasa, modellər bazardan yığışdırılacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Xərçəngə qarşı qoruyan “Qızıl qarışım”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR