Dünyada fikirlərin oxunması üçün ilk şəbəkə yaradılıb

Amerikalı alimlər tərəfindən yaradılmış və 3 iştirakçını özündə birləşdirən şəbəkədə ilk dəfə siqnalları "beyindən beyinə" birbaşa göndərmək və qəbul etmək mümkün olub.

Metbuat.az-ın məlumatına görə, Vaşinqton universitetinin alimləri tərəfindən yaradılmış şəbəkə “BrainNet” adlandırılıb. Sistem hər biri laboratoriyanın ayrı otağında olan 3 iştirakçıdan ibarət qrupa tetrisə oxşar oyunu birgə oynamağa imkan verib.

Beyin-beyin interfeysləri əvvəllər də işlənib hazırlanıb, amma ilk dəfə Vaşinqton universitetinin alimləri 2-dən çox subyektin iştirakı ilə belə interfeys yaratmağa müvəffəq olub.

Alimlər bildiriblər ki, bu tərzdə yalnız laboratoriya daxilində, həm də internet üzərindən qarşılıqlı əlaqə yaratmaq mümkündür.//ICTnews

Ulduz falı - 3 oktyabr - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR