Play Store

Gənc qadın "Facebook" məhkəməyə verdi

ABŞ vətəndaşı olan gənc qadın Facebook-u məhkəməyə verib.

Metbuat.az xəbər verir ki, qadın iddia edib ki, 6 il əvvəl, onun 15 yaşı olan zaman Facebook-da biri ilə tanış olub. Həmin şəxs qıza model kimi fəaliyyət göstərmək işini təklif edib. Qız işi qəbul edib və həmin adamla görüşüb. Nəticədə həmin şəxs qızı müxtəlif kişilərlə sekslə məşğul olmağa məcbur edib. Qızı döyüb zorlayıblar.

"Facebook təcavüzkarlara 10 yaşından böyükləri özlərinə qurban etmək şəraiti yaradır. İnsanların birləşməsindən mənfəət əldə edilirsə, insanları birləşdirdiyiniz insanlardan qorumalısınız"- deyə zərərçəkənin vəkili bildirib.

O, qeyd edib ki, sosial şəbəkənin yetkinlik yaşına çatmamış şəxslərlə əlaqə saxlayacaq şəxslərin şəxsiyyətini yoxlaması kifayət deyil.

İddia həmçinin Backpage onlayn elanlar saytına qarşı da qaldırılıb. Ondan çox zaman seksual xarakterli reklamlar üçün istifadə edilib.

Qızın tələb etdiyi kompensasiyanın ümumi həcmi milyon dollara çatır. Sosial şəbəkənin hüququşünası hələ ki, məsələyə münasibət bildiriməyib.//Sputnik Azərbaycan

"Qarabağ"dan azarkeşlərə MÜRACİƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR