Payız depressiyasından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ

Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan kədərli və hüznlü olur. Bunlar payız depressiyasının əlaməti sayılır və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.

Nevropatoloq Jalə Qarayeva Metbuat.az-a depressiyanın yaranma səbəblərindən danışıb. O , bildirib ki, depressiya hər fəsildə görülə bilən problemdir, ancaq yaz-payız aylarında özünü daha çox büruzə verir. Depressiya psixoloji, (uşaqlıqda yaşanan hər hansı psixoloji travmalar, hamiləlikdə keçirilmiş travma, boşanmadan sonra baş verən psixoloji səbəblər), sosial (maddi sıxıntılar və s), genetik (valideynlərdə olan depressiv problemlərin uşaqlara keçmə riski böyükdür) və bioloji (beyində serotonin hormonunun aşağı düşməsi) səbəblərdən baş verir.

“Bəzən bizə müraciət edən xəstələr bildirir ki, pulumuz, gözəl ailəmiz var, ancaq depressiyadan əziyyət çəkirik. Demək ki bu insanlarda heç bir psixoloji-sosial səbəblər yoxdur, sadəcə bioloji olaraq beyində serotonin (xoşbəxtlik hormonu) aşağı düşdüyü üçün depressiya yaranıb”- deyə həkim bildirib.

Depressiyanın böyük və kiçik əlamətləri var. Həkimin sözlərinə görə, gün ərzində əhval-ruhiyyənin aşağı düşməsi, ruh düşkünlüyü, həyatdan zövq almamaq, enerji tükənmişliyi və xroniki yorğunluq böyük, yaddaş zəifliyi, diqqətsizlik, iştahda pozulmalar və artmalar, yuxusuzluq ya da həddən artıq yuxu istəyi isə kiçik səbəblər sayılır.

Sadaladığımız böyük simptomplardan əziyyət çəkən xəstələr mütləq həkim dəstəyi almalıdırlar. Həmçinin, tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir. Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır.

Fizioloji səbəblərdən başqa payız depressiyasının psixoloji səbəbi də var. Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünəinamsızlıq, əhvalsızlıq yaradır.

Aysel Yaqubqızı / Metbuat.az

Marketdə satılan bu toyuqları almayın - DİQQƏT!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR