Oqtay Əsədov Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək. Tədbirə 40-dan çox ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.

Milli Məclisdən Metbuat.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin sədri mövzu ilə əlaqədar çıxış edəcək. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR