Play Store

Azərbaycan dilində danışan robot - VİDEO

Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyinin şahidi oluruq. Nəhayət, Azərbaycanda da robot texnologiyasının rahatlığından istifadə etmək mümkün olacaq.

Metbuat.az xəbər verir ki, iki ay ərzində "BNB Dynamics" şirkəti "ağıllı robot" yaradıb. Yerli robotun adı "Bibot"dur. Bir neçə dildə proqramlaşdırılan "Bibot" müxtəlif suallara cavab verə bilir.
"Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" hər hansı bir AVM-də istifadə edilə bilər.


Gələcəkdə "BNB Dynamics" bu robotların sürətli prototiplərini inkişaf etdirəcək. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək.

Qeyd edək ki, "BNB Dynamics" şirkəti 2018-ci ildə Bakıda yaradılıb. Şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır. Hazırda, şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.//Azvision.az

7 yaşında milyoner oldu - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR