Məşhur sosial şəbəkə fəaliyyətini dayandırır

Google şirkəti fərdi istifadəçiləri üçün olan Google+ sosial şəbəkəsinin fəaliyyətini dayandırıcaq.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, kompaniyanın rəsmi bloqunda yerləşdirilən məlumatda qeyd olunur ki, belə qərara səbəb yaranmış çətinliklər və Google+ istifadəçilərinin sayının azlığıdır.

Məsələ burasındadır ki, sosial şəbəkə istifadəçilərinin 90 faizi burada cəmi 5 saniyə vaxt itiriblər. Ən ciddi səbəblərdən biri də texniki problemlər zamanı 500 minə qədər Google+ istifadəçisinin gizli fərdi məlumatlarının oğurlanma ehtimalıdır.

Qeyd edək ki, sözügedən sosial şəbəkənin 10 ay ərzində bağlanılması nəzərdə tutulur. Bu müddət ərzində istifadəçilər öz məlumatlarının saxlanılması və daşınması üçün müvafiq təlimatlar alacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR