Şarmazanovun “soyqırım” və Qarabağ iddialarına Yıldırımdan sərt cavab - VİDEO

Avrasiya Milli Məclis Sədrlərinin 3-cü İclasında Ermənistan təmsilçisi Eduard Şarmazanovun iddiaları üzündən gərginlik yaşanıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Antalyada keçirilən görüşdə işğalçı dövlətin Parlament sədrinin müavini Eduard Şarmazanov mediaya qapalı iclasda qondarma soyqırımı və Dağlıq Qarabağla bağlı həmişəki iddialarını səsləndirib. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım daha sonra iclasın ortaq bəyannaməsini oxumaq üçün spikerləri yenidən bir araya toplayıb. O, Şarmazanovun iddialarını tənqid edərək, onu tarixi saxtalaşdırmaqda günahlandırıb:

“Bölgədə və dünyada qlobal problemləri həll etməyə çalışdığımız, sabitlik tərəfdarı olduğumuz toplantıda həqiqətləri təhrif edən iddiaları qəbul etməyimiz qeyri-mümkündür. Ermənistan Türkiyə ilə münasibətlərinin, həqiqətən də, düzəlməsini istəyirsə, bu cür boş-boş iddialarına son verməli , tarixi hadisələri tarixçilərin araşdırmasına şərait yaratmalıdır. Az öncə Oqtay Əsədov da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı lazımi açıqlamaları vermişdi. Ermənistan sülh mövqeyi tutarsa, qonşuları ilə münasibətlərini normallaşdırmağa, Cənubi Qafqazda sülh, sabitlik və rifahın bərpasına töhfə vermiş olacaq”.

Ortaq bəyannamə oxunarkən Şarmazanov salonda olmayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR