​Alkoqollu içkilər içdikdə orqanizmdə nə baş verir? - DƏHŞƏTƏ GƏLƏCƏKSİNİZ

Bu cür stəkanda 15 qram saf alkoqol olur. Alkoqolu içən kimi insan sərxoş olmur, lakin bu malekullar sürətlə orqanizmi fəth edir.

Alkoqol mədəyə çatan kimi hücuma başlayır.Molekullar o qədər kiçikdir ki, mədənin selikli qişasını dəlib keçirlər. Bu səbəbdən də hər 10 molekuldan biri hələ mədədəykən qana qarışır. Digərləri incə bağırsağa doğru irəliləyir. Burda böyük bir qismi orqanizm tərəfindən sorulur.Təxminən dəqiqədə 1 qram.Qəbul edilən alkoqolun miqdarı nə qədər çoxdursa, qana qarışmaq sürəti də o qədər yüksəlir.Orqanizmdə bir dəqiqədə 5 litr qan dövr edir. Bununla birlikdə, dövr edən alkoqolun arealı da artır.

Alkoqolun ilk dayanacağı qaraciyərdi. Oradan ürəyə, sonra da ağ ciyərlərə doğru yol başlayır. Bronxlarda alkoqol molekullarının toplanması daha sürətlidi.Saysız-hesabsız molekullardan bir qismi nəfəs yolu ilə orqanizmdən xaric olur. Daxildəki molekullar qanla birgə beyinə çatır.Bu proses alkoqolu qəbul etdikdən 2 dəq sonra baş verir.

15 dəqiqə sonra 15 qram alkoqol artıq bədənin hər yerinə yayılır. 15 qram alkoqolun promil dəyəri 0,2-dir.

Təbii ki, immun sistemi alkoqolla mübarizə aparmağa çalışır. Qaraciyərdə bəzi xüsusi fermentlər alkoqol molekullarını parçalamağa cəhd edir.Parçalanan alkoqol molekulundan geriyə sadəcə su və Karbon-dioksid qalır.Bunlar da orqanizmdən xaric edilir.

3 saat sonra sonuncu alkoqol molekulu da orqanizmi tərk edir.

Günün qoroskopu - 10 oktyabr - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR