Play Store

Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNK-ya görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

Metbuat.az xəbər verir ki, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail olacağı təhsil səviyyəsi kimi insan keyfiyyətlərini proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın “UK Biobank” DNK bazasının – səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNK-sını analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Testlər zamanı kompüter hər insanın boyunu 1 santimetr dəqiqliklə proqnozlaşdırıb.

Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya yubatmağa imkan verəcək.//ICTnews

Dünyanı göz yaşına boğan toy mərasimi - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR