Şəmkir sakini oğurladığı qızılı banka girov qoydu və... - FOTO

Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.

Metbuat.az DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, rayonun Qədimqala kənd sakininin mənzilindən qızıl oğurlanıb.

Ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən zərərçəkənin qonşusu - 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.

O, ilkin dindirmə zamanı oğurladığı qızılları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq pul götürdüyünü və həmin pulu xərclədiyini bildirib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir.

Şeytan Üçbucağının sirri AÇILDI - İllər sonra bu cür ortaya çıxdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR