Play Store

Bibəriyyə çayının faydaları

Bibəriyyə bitkisi həm çay olaraq, həm də yeməklərə ləzzət qatmaq baxımından ədviyyat kimi istifadə olunur.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bibəriyyə çayı əzələ ağrılarını yüngülləşdirməyə, yaddaşı gücləndirməyə, immunitet sistemini gücləndirməyə, saç uzanmasını sürətləndirməyə kömək edir. Vitaminlər, minerallar və antioksidanlar baxımından zəngin olan bibəriyyə yüz illərdir qida və dərman kimi istifadə olunur.

Bibəriyyə çayı xüsusilə həzm və qaraciyər sağlamlığı üçün faydalıdır. Davamlı olaraq istifadə edildikdə bədənin toksinlərdən xilas olmasına və iltihabla mübarizə aparmasına kömək edir.

Bundan başqa xroniki xəstəliklər riskini azaldır və faydalı bağırsaq bakteriyalarını çoxaldır.

Bibəriyyə çayı mükəmməl A və C vitamini, potasium, kalsium, maqnezium və fosfor qaynağıdır. Bundan başqa qırmızı qan hüceyrələri istehsal edir və uyğun qan axımını təmin edir.

https://metbuat.az/news/1041072/payiz-feslinde-der...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR