Play Store

Misir ehramlarının yaxınlığında “Sfinks” hava limanı açılacaq

Misirdə yeni beynəlxalq “Sfinks” hava limanı oktyabrın 15-dən etibarən test rejimində fəaliyyətə başlayacaq. Bu barədə ölkənin mülki aviasiya naziri Yunus əl Məsri bəyan edib.

Metbuat.az xəbər verir ki, Qahirənin qərbində, Böyük ehramlar zonasından və yeni tarix muzeyindən 12 kilometr məsafədə yerləşən yeni “Sfinks” hava limanı turizm axınına təsir göstərəcək.

Misirin yeni hava limanının açılması Qahirə aeroportunda sıxlığı aradan qaldırmaq və çarter reyslərini təmin etmək məqsədi daşıyır. Hava limanının ümumi sahəsi 25500 kvadratmetrə bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR