DƏHŞƏTLİ PROQNOZ açıqlandı - 10 il vaxtımız qalıb

BMT nəzdində fəaliyyət göstərən İqlim Dəyişikliyi üzrə Hökumətlarası ekspert qrupu qorxulu proqnoz irəli sürüb.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, onların yayımladığı hesabata görə, 2030-cü ilə qədər qlobal istiləşmənin qarşısının alınması üçün ciddi addımlar atılmasa dünya ağır fəlakətlərlə üzləşəcək. Tədbirlər görülməsə 10 ildən sonra illik temperatur artımı 3-4 dərəcə olacaq.

Dünya dəhşətli fəlakətlərlə üzləşmək istəmirsə, bu göstərici 1,5 dərəcə altında saxlanılmalıdır. Bunun üçün 2030-cu ilə qədər qlobal karbon emissiyasını 2010-cu illə müqayisədə 45 faiz azaltmaq lazımdır.

Havaya buraxılan Karbon dioksid qazının aradan qaldırılması tam təmin edilməlidir. Bu tədbirlər üçün azı 2,4 trilyon dollar vəsait tələb olunur. Əks halda 2030-ci ildən sonra dünyanın bəzi ərazilərində, quraqlıq, bəzi ərazilərdə isə şiddətli yağışlar hökm sürəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR