“Huawei” smartfonlar üçün yeni nəsil akkumulyator batareyası təqdim edib

“Huawei” şirkəti smartfonlar üçün dünyada ilk litium-silisium akkumulyator batareyasını təqdim edib. Yeni tip batareya ilə təchiz edilən elektron qurğular enerjini daha tez toplayacaq.

Metbuat.az xəbər verir ki, litium-silisium akkumulyatorlar mövcud sürətli enerjidoldurma texnologiyalarını daha təhlükəsiz və sürətli etməyə imkan verəcək. Bundan başqa, litium və silisium əsaslı akkumulyatorlar çoxlu enerji ilə doldurulma və boşaldılma dövrəsini dəstəkləyəcək – yeni tip batareyaların istismar müddəti daha çox olacaq.

Çinin elektron nəhəngi nümayəndələrinin sözlərinə görə, şirkətin yeni tip akkumulyatorlara əsaslanan batareyaları insanlar tərəfindən elektron qurğuların enerji ilə doldurulmasına münasibəti dəyişəcək və onların smartfondan istifadə etmək imkanından məhrum olmaq qorxusunu aradan qaldıracaq.//ICTnews

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR