"Ağzından çıxanı..." - Müxalifətdaxili savaş başladı?/VİDEO

Azərbaycan siyasətində qeyri-səmimi və yalançı vədlərlə xalq qarşısında heç bir nüfuz qazanmayan radikal müxalifət çevrəsində növbəti söz savaşı başlayıb.

Metbuat.az xəbər verir ki, AXCP-yə bağlı olan Feysbuk səhifələri- Azadlıq qəzeti və Kanal Turanda REAL Hərəkatı və İlqar Məmmədova qarşı qaralama kampaniyalarına start verilib.

Göründüyü kimi müxalif cəbhədə vəziyyət yaxşı deyil. Bir-birilənin varlıqlarını həzm edə bilməyən təşkilar və partiyalar ara-sıra qalmaqallarla gündəmə gəlirlər. Nədənsə, belə davaların, qalmaqalların çoxunun kökündə Kərimli və onun Milli Şura adlı qrupu durur.

AXCP sədri Ə.Kərimli REAL sədri İ.Məmmədovun radikal müxalifət lideri olmaq iştahasından xəbərdardır. REAL AXCP-nı səmərəsiz müxalifətçilikdə, cəbhəçilər də realçıları ritorik, Azərbaycan reallığından uzaq və faydasız fəaliyyətdə günahkar bilirlər. Bu kimi çoxsaylı səbəblərdən Ə.Kərimli və İ.Məmmədovun bir-birinə qarşı patoloji qısqanclığı, nifrəti hər ötən gün artmaqdadır.

Tural İsmayılov/ Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR