Komitə sədrindən yeni medal təklifi - Deputatlar dəstəklədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin medalının təsis edilməsini təklif edib.

Metbuat.az-ın məlumatına görə, S.Novruzov xatırladıb ki, Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən xatirə medalı təsis edilib: “Onu muzeyə qoymağa və ya nəvələrə göstərmək üçün yaxşıdır. Amma xatirə medalını gəzdirmək olmur”.

Onun sözlərinə görə, bəzi dövlət qurumlarının medalları var, müvafiq olaraq xidmətə görə təqdim edirlər: “Təklif edirəm ki, Milli Məclisin də belə bir medalı olsun, parlament üzvlərinə, parlamentlə əməkdaşlıq edən nazirlik və komitə üzvlərinə təqdim edilsin. Yəni kim layiqdirsə, ona təqdim olunsun”.

S.Novruzovun çıxışı alqışlarla qarşılanıb. Deputat Vahid Əhmədov da belə bir medalın təsis edilməsinin vacibliyini vurğulayıb.

Yad planetlərdə həyat varmı? - "KOSMOS" verilişi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR