Play Store

Azərbaycanlı müğənnidən ayağını itirən qıza on iki minlik yardım - FOTO

Ötən gün sosial şəbəkələrdə üç ay öncə qəzaya düşərək ayağı amputasiya olunan səkkiz yaşlı Leyla adlı qıza yardım kampaniyası başlayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, ayağına protez qoyulmasına və əməliyyat olunmağa maddi imkanı olmayan Leylaya müğənni Səbinə Əskərova yardım əlini uzadıb.

Bu barədə jurnalist Hacıbəy Heydərli məlumat verib. O bildirib ki, Leyla Səbinənin dəvəti ilə Bakıya gəlib və müayinə olunub.

Qeyd edək ki, əməliyyat üçün tələb olunan 12 min manat vəsaitin hamısını isə müğənni qarşılayacaq.

Yad planetlərdə həyat varmı? - "KOSMOS" verilişi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR