Pakistan TAPI layihəsinin reallaşdırılmasına bu ilin dekabrında başlayacaq

Pakistan TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri meqalayihəsinin reallaşdırılmasına 2018-ci ilin dekabrında başlayacaq.

Metbuat.az “NEBIT-GAZ” həftəlik qəzetinə istinadla xəbər verir ki, bu barədə briqadir, “Measac” Tədqiqat Mərkəzinin direktoru Abdul Rəhman Bilal Sitara-e-Curat İslamabadda keçirilən “TAPI layihəsinin regionda strateji əhəmiyyəti” adlı seminardakı görüşlərində bildirib.

O, həmçinin əlavə edib ki, TAPI-nın reallaşması iki il vaxt tələb edir. Pakistan hökuməti tezliklə alman şirkəti ilə layihənin Pakistanda icrası və müddətinin uzadılması barədə qarşılıqlı anlaşma Memorandumu imzalayacaq.

Abdul Rəhman Bilal Sitara-e-Curat seminarda TAPI qaz kəmərinin təfərrüatları əks olunan ətraflı məlumatla çıxış edib.

TAPI layihəsi 8-10 milyard dollar məbləğində dəyərləndirilir. Türkmənistanın “Qalkınış” yatağından başlayan 1800 kilometr uzunluğunda boru kəməri vasitəsilə ildə 33 milyard kubmetr qaz tədarükü planlaşdırılır. İşlər başa çatdıqdan sonra Pakistan və Hindistan gündəlik 40 milyon kubmetr qaz alacaq. Gündəlik 14 milyon kubmetr qaz Əfqanıstan üçün nəzərdə tutulub. Qaz kəmərinin Əfqanıstan hissəsinin tikintisinin təməli 2018-ci il fevralın 23-də qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR