Play Store

NASA-nın “Chandra” teleskopunun qurğusu sıradan çıxıb

NASA-nın “Chandra” teleskopunun hiroskopu sıradan çıxıb. Mühəndislər teleskopu təhlükəsiz rejimə keçirməli olublar.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, “Chandra” teleskopu günəş batareyalarının maksimum işıqlandırıldığı, optikası isə Günəş istiqamətindən çevrilmiş vəziyyətdədir. NASA-nın məlumatında bildirilir ki, təhlükəsiz rejimə keçidin (güman ki, hiroskopla bağlı) səbəbləri araşdırılır. Eyni zamanda, bütün sistem işləyir, tədqiqat alətləri qaydasındadır. On doqquz ildir fəaliyyət göstərən “Chandra” teleskopunun istifadə müddəti 5 ildir başa çatıb.

Bundan əvvəl NASA nəhəng “Hubble” teleskopunun sınması barədə məlumat yaymışdı. Həmin teleskopda da üç hiroskopdan biri sıradan çıxıb. Operatorlar problemi aradan qaldıranadək teleskop sabit konfiqurasiyada saxlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR