Play Store

Trampdan ərəb jurnalistlə bağlı sərt açıqlama - "Ər-Riyadı cəzalandıra bilərik"

"Jurnalist Camal Kaşıkçının yoxa çıxmasında Səudiyyə Ərəbistanın əlinin olduğu üzə çıxarsa, Vaşinqton Ər-Riyadı sərt şəkildə cəzalandıra bilər".

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp SBC televiziyasına müsahibəsində belə deyib. O bildirib ki, hazırda hadisə ətraflı şəkildə araşdırılır. Krallıq hələki səsləndirilən iddiaları rədd edir.

Qeyd edək ki, Ər-Riyadı tənqid etməklə tanınan jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna oktyabrın 2-də daxil olub və bir daha onun barəsində xəbər alınmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR