Play Store

Növbətçilik əsasında müşahidələr davam etdirilir - ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan Metbuat.az-a verilən son məlumata görə, sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib: "Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir".

Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

Qeyd edək ki, bu gün səhər saat 11:00-a olan vəziyyətlə bağlı ETSN-nin yaydığı məlumatda qeyd edilirdi ki, sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR