9 ay ərzində beynəlxalq və yerli istiqamətdə 2 022 628 sərnişin daşınıb

Son 9 ay ərzində Azərbaycanda dəmir yolu nəqliyyatından 2 milyondan çox sərnişin istifadə edib.

Metbuat.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, bu statistika beynəlxalq və yerli istiqamətlər üzrədir: "Cari ilin 9 ayı ərzində beynəlxalq və yerli istiqamətdə 2 022 628 sərnişin daşınıb. Bunun 151 665 nəfəri beynəlxalq istiqamətdə, 660 408 nəfəri ölkədaxili, 1 210 555 nəfər isə şəhərətrafı istiqamətdə daşınıb".

S.Qədirovanın sözlərinə görə, sərnişinlər onlayn satış üzrə də əməliyyatlardan faydalanır: “53 205 sərnişin onlayn bilet satışı sistemindən yararlanıb".

Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR