Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb

Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb
08:22 20 Oktyabr 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə saat 3:30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beynəlxalq daşımalarla məşğul olan qoşqulu yük avtomobili arxadan mişar daşı ilə yüklənmiş "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Onun Goranboy rayonunun Nadir kəndindən olan 1985-ci il təvəllüdlü sürücüsü Əliyev Zahir Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/696240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR