"Kupça"sı olmayan sakinlər üçün VACİB XƏBƏR - VİDEO

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclasda bələdiyyələrin hüquqlarının artırılması ilə bağlı məsələyə toxunan millət vəkili Fazil Mustafa paytaxtda tikilmiş, ancaq çıxarış verilməyən binalarda yaşayan insanlara bu sənədin verilməsinin vacibliyinə diqqət çəkib. O, həmin şəxslərin çıxarışla təmin ediləcəyi təqdirdə bələdiyyələrin maliyyə dayanıqlığının da artacağını vurğulayıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə əmlak vergisi verməyən şəxslərlə bağlı bələdiyyələrin reyestr xidmətinə müraciət edə bilməsini müsbət addım kimi dəyərləndirib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə hüquq-mühafizə orqanlarından işdə yol verdiyi nöqsanlara görə çıxarılan şəxslərin vəkil kimi işləmək hüquqlarının məhdudlaşdırılmasını təklif edib.

Millət vəkili Çingiz Qənizadə və Musa Quliyev isə Qida Təhlükəsizliyi Agentliyinə qarşı bəzi qüvvələrin qarayaxma kampaniyası apardığını bildirib. Onlar bunu Agentliyin qida təhlükəsizliyini qorumaq üçün atdığı müsbət addımlarla əlaqələndiriblər.

Milli Məclisdə ümumilikdə 50-dək müxtəlif qanuna əlavə və dəyişikliklər səsə qoyularaq qəbul edilib. Dəyişiklərin çoxu texniki xarakter daşıyıb.


"Ölülər günü" festivalı /FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR