Avtomobil oğrularına PİS XƏBƏR - Ekspertdən ŞƏRH

Bakıda avtomobildə oğurluq”, “Avtomobilin şüşəsi sındırıldı” və s.

Son günlər ölkə mediasında avtomobil oğurluğuyla bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu səbəblə, hadisənin hüquqi tərəfini araşdırmağa qərar verdik.

Belə bir hadisəylə qarşılaşan zaman ilk olaraq nə etməliyik?

Sualla bağlı Metbuat.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, bu, polisin səlahiyyətinə aid olan məsələdir və hadisədən zərər çəkmiş insanlar ilk olaraq mütləq qaydada polisə məlumat verməlidir:

“Məndə olan məlumta əsasən, bu cür hadisələrin üstü digər cinayətlərə nisbətdə daha tez açılır. Çünki avtomobil oğurluğuyla məşğul olan şəxslər nəqliyyat vasitəsinin saxlanıldığı yerdə kameraya düşürlər. Bu səbəbdən, onların araşdırılması çox da vaxt aparmır. Düzdür, bağlı olanları da var, amma əksəsiyyətinin üstü açılır.

Oğrular bir çox hallarda nəqliyyat vasitəsinin şüşələrini sındırıb, avtomobilə daxil olurlar. Bu hallar oğurluqla yanaşı, həmin şəxsə maddi ziyan vurulmasıyla əlaqədar məsuliyyət yaradır. Belə olan halda, nəqliyyat vasitələrinin sahibləri maddi ziyanla bağlı cinayət işi zamanIı, olmasa məhkəmə prosesində mülki iddia qaldıra bilərlər. Bu, o qədər də qəliz mövzu deyil.

Avtomobilini park edən şəxslər çalışsınlar ki, arxa küçələrdə saxlamasınlar. Bu gün Bakı şəhərindəki bütün küçələr kameralarla təmin olunub. İnsanlar kameralar olan yerlərdə, yaxud xüsusi avtomobil saxlama yerlərində nəqliyyat vasitələrini saxlamalıdır. Oğrular insanların az olduğu, müşahidə kameralarının olmadığı yerdə saxlanılan avtobillərdən oğurluq edirlər.

Hadisə baş verən zaman sürücülər mütləq həmin vaxt polisə məlumat versinlər. Çünki hadisənin üstünün isti-isti açılması daha yaxşıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Uçot dərəcəsi AŞAĞI ENDİ - Kredit fazilərinə təsiri olacaqmı? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR