Fazil Mustafa Bakıdakı TIXACDAN DANIŞDI - "İş vaxtlarının daha erkənə çəkilməsi mümkün ola bilər..."

Bakıdakı tıxac problemi il ötdükcə daha da mürəkkəbləşir.

Hər gün səhər dərsə, işə gedən insanlar tıxaclarda 1-2 saat arası vaxtlarını itirirlər. Mənzərə axşam evə qayıdanda da dəyişmir. Bakı sakinləri gündəlik olaraq 2-3 saatlarını yollarda keçirirlər.

Tıxacın hər gün eyni vaxtda yaranıb, eyni vaxtda bitməsi iş saatı məsələsini gündəmə gəlir. Çünki hər kəs işə, dərsə getmək üçün eyni vaxtda evdən çıxırlar. Maraqlıdır, dövlət və özəl müəssisələrdə iş saatları dəyişdirilərsə, paytaxtdakı tıxac problemi həllini tapa bilərmi?

Məsələylə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirir ki, iş saatının dəyişdirilməsiylə problemi qismən çözmək mümkündür:

“Bu məsələ parlamentdə tərəfimdən qaldırılıb. Hətta müqayisə üçün Monteneqronu nümunə gətirmişəm. Monteneqroda iş vaxtı saat 07:00-da başlayır. Orada məmurlar işə tez gedirlər. Məktəblərlə məmurların iş vaxtları fərqlidir. İşə tez getdikləri üçün məmurlar saat 15:00-da işdən çıxır, yerdə qalan vaxtı şəxsi məsələləriylə məşğul ola bilirlər. Azərbaycanda məmurun iş saatı saat 9:00-da başlayır. Onlar 08:00-09:00 arasında yolda olurlar. Səhər vaxtlarının bir hissəsini yolda itirirlər. Avtobusla gedənlər isə evdən 1 saat yarım tez çıxır. Sübh tezdən insanların istirahət hüququ pozulur, həm də axşam işdən çıxanda 1 saat yarım tıxacda qalırlar. Məmurun, yaxud da adi bir işçinin gününün 3 saatı tıxacda gedir. Bunun tənzimlənməsi vacibdir. Məsələn, iş vaxtlarının daha erkənə çəkilməsi mümkün ola bilər. Bu zaman hamı eyni vaxtda evdən çıxmaz. Bununla da problemi qismən çözmək mümkündür.

Bütövlükdə tıxacın qarşısını almaq üçün son vaxtlar səhlənkar yanaşılan metro tikintisi prosesinə yenidən ciddi şəkildə start vermək və çox sayda metro stansiyalarının açılmasını təmin etmək lazımdır. Böyük əksəriyyətin avtobusa ehtiyacı var. Əhmədli, Günəşli, Bakıxanov istiqamətində metro olsaydı, insanların əksəriyyəti avtobuslardan daha çox metroya üstünlük verərdilər. Bu məsələni Milli Məclisdə büdcə müzakirəsi zamanı səsləndirəcəm. Metro tikintisi 3 illik elan olunmalıdır və tikintiyə xüsusi sürətli imkan yaradılmalıdır.

Metronun yerin altında olması hökm deyil. Müasir dövrdə Türkiyə və başqa ölkələrdə yerin üstündə sürətlə hərəkət edən metrolar çəkilir. Bununla da İstanbulun nəqliyyat problemini həll edə bilirlər. Bizdə bu sahə tamam baxımsız qalıb. Təsəvvür edin, biz XXI əsrdə müzakirə edirik ki, metroda havalandırma niyə yoxdur?! Metroda havalandırma olmaldır, insanları boğmaq olmaz.

Bu kimi məsələlər çox sadədir. Məsələyə ciddi yanaşılmalıdır. Ölkədəki nəqliyyat sistemini tramvay xətti yüngülləşdirə bilərdi, lakin o da yoxdur. Heç olmasa metronun stansiyaıarın sayının artırılması və ucqar yerlərə metro xəttinin çəlişinin olması vacibdir. Tıxacın yeganə çıxış yollarından biri budur. Çünki avtomobillərin sayı sürətlə artır. Onların sayını azalatmaq çətindir. Avtomobillərin rüsumlarını qaldırmaq onu alanların sayını azaltmır. Etiraf edək ki, şöhrətpərəs cəmiyyətik. Hamı avtomobilinin olmasını istəyir. Amma ictimai nəqliyyatdan istifadə edən təvazökar insanlar da var. İctmai nəqliyyat onlar üçün daha faydalı və daha ucuzdur. Onlara şərait yaradılsa, avtomatik olaraq tıxaclar da azalacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Uçot dərəcəsi AŞAĞI ENDİ - Kredit fazilərinə təsiri olacaqmı? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR