Marketlərin HƏDİYYƏ SİYASƏTİ - Vaxtı bitmək üzrə olan məhsullar...

Bu gün bəzi marketlər istehsal tarixi bitməyinə az qalmış məhsulları alıcılara endirimlə, bəzi hallarda isə digər məhsulların üzərində hədiyyə olaraq verirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bunun Azərbaycan biznesində yaxşı bir addım olduğunu bildirir:

“İstehlakçılara hər zaman deyirəm ki, vaxtı keçmiş məhsulu almayın. Lakin onlar məhsulun son yararlılıq gününə qədər ala bilərlər. Çünki müəyyən elmi təcrübənin nəticəsində olur. Bu, çox yaxşı haldır. Məsələn, Mərkəzi Avrpa ölkələrində məhsulun yararlılıq müddətinin üçdə ikisi keçəndən sonra “Aldi” adanan xüsusi mağazalar şəbəkəsinə keçirilir. Orada məhsullar ucuz qiymətə satılır. Lakin vaxtı keçəndən sonra satışı birmənalı olaraq qadağandır. O cür məhsulu satan şəxsi 1500 manat cərimə gözləyir. Bu, normal bir şeydir. Məhsulun vaxtı keçməyib, üzərindəki istehsal tarixində düzəliş edilməyibsə, satıla bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Fazil Mustafa Bakıdakı TIXACDAN DANIŞDI - "İş vaxtlarının daha erkənə çəkilməsi mümkün ola bilər..." – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR