Həmsədrlər bəyanat yaydılar

ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə həmsədrlərin regiona səfərinin yekunları üzrə bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə oktyabrın 29-dan noyabrın 2-dək regiona səfər ediblər: “Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan liderlərinin sentyabrında Düşənbədə MDB sammitinin kuluarlarında danışıqlarının yekunlarını müzakirə etmək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində növbəti addımları müəyyən etmək və yerlərdə vəziyyətin ümumi inkişafı ilə tanış olmaqdan ibarət idi”.

Bildirilir ki, həmsədrlər oktyabrın 29-u Yerevanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanla, noyabrın 1-də isə Bakıda Prezident İlham Əliyevlə görüşüblər: "Onlar hər iki paytaxtda iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar. Bakıda həmsədrlər münaqişədən zərər çəkmiş Azərbaycan icmalarının nümayəndələri ilə görüşüblər. Həmsədrlər həmçinin regionda BQXK və BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinin nümayəndələri ilə vəziyyəti müzakirə ediblər”.

Bəyanatda qeyd edilir ki, həmsədrlərlə görüşlərdə hər iki ölkənin liderləri bildiriblər ki, onların Düşənbədə gərginliyin azaldılmasına sadiqliyini təsdiqləmələrindən sonra gərginliyin səviyyəsi xeyli azalıb: “Məsləhətləşmələr zamanı həmsədrlər Düşənbədəki razılaşmanın həyata keçirilməsi, o cümlədən birbaşa rabitə xətlərinin yaradılması barədə ətraflı məlumat alıblar. Həmsədrlər bu hadisələri alqışlayıblar, konstruktiv tədbirlərin düzgün şəkildə həyata keçirilməsini yüksək qiymətləndiriblər və liderlərin dialoqu davam etdirməyə hazır olmalarını dəstəklədiklərini bildiriblər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıblar. Xarici işlər nazirləri ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər. Həmsədrlər ATƏT-in Daimi Şurasını və Minsk Qrupunun üzvlərini məlumatlandırmaq üçün yaxın zamanda Vyanaya yollanacaqlar”.

Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR