Dövlət atributları xalqımızın tarixini, kimliyini əks etdirir - Siyavuş Novruzov

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının, Gerbinin təsvirinin təsdiq edilməsi, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunlarının ikinci oxunuşunda aparılan müzakirələr zamanı deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər.

Metbuat.az xəbər verir ki, bununla bağlı YAP İcra katibinin müavini,Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov söyləyib ki, deputatlar tərəfindən atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilə bilər:

“Konstuitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizi dəyişməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikri ola bilər. Amma mən bunların elyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır. Ona görə də, dövlətin atributları dəyişdirilməməlidir, çünki onlar xalqımızın tarixini, kimliyini əks etdirir”.

S.Novruzov bildirib ki, vaxtilə Ulu öndər Heydər Əliyev atruibutlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış edib: “Bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə əks olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR