Messi çirkli pulların yuyulmasında günahlandırılır

Barselona”nın hücumçusu Lionel Messi və atası Xorxe Orasio çirkli pulların yuyulmasında günahlandırılır.

Metbuat.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı prokuror Pablo Turano 31 yaşlı futbolçuya məxsus xeyriyyə fondunun yoxlanılmasını tələb edib. Onun iddiasına görə, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb.

Qanunsuz fəaliyyətin 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verdiyi bildirilir. P.Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. Onun sözlərinə görə, fonda daxil olan pullar sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək 21 aylıq həbsdən yayınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR