19 yaşlı yarımmüdafiəçi "Real"ın hədəfində

"Mançester Siti”nin yarımmüdafiəçisi Braim Dias “Real”ın maraq dairəsinə düşüb.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, “kral klubu” mövsümün sonunda ingilislərlə müqaviləsi başa çatacaq 19 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. “Şəhərlilər” İspaniya gənclər yığmasının üzvü ilə bir neçə aydır müqaviləni uzatmaq barədə danışıq aparsa da, hələlik razılıq əldə edə bilməyib.

Qeyd edək ki, “Mançester Siti”nin İngiltərə Liqa Kubokunda “Fulhem”i 2:0 hesabı ilə məğlub etdiyi matçda hər iki qolu məhz Dias vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR