Cüdoçumuz erməni rəqibinə qalib gəlib

Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.

Metbuat.az xəbər verir ki, mötəbər yarışın 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq 2-ci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR