"BakuBus"un qapılarının niyə biri açılır? - AÇIQLAMA

Son günlər “BakuBus” avtobuslarında tədbiq olunan yenilik sərnişinlərin diqqətindən qaçmayıb.

Belə ki, əvvəllər sərnişinlərin avtobusa daxil olması üçün avtobusun ön qapılarının ikisi də açılırdısa, indi yalnız biri açılır.

Maraqlıdır, yeniliyin tədbiq olunmasında məqsəd nədir?

Məsələylə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, edilən dəyişiklik sərnişinlərin rahatlığı üçündür:

“Avtobusun ön qapasının birinin açılması yalnız günün pik saatlarında olur. Bu sistem bütün “BakuBus” avtobuslarına şamil edilmir, yalnız həmin saatlarda sərnişin sıxlığı yaşanan avtobuslarda tədbiq olunur. Birlisiniz ki, həmin marşurt xətlərində nağdsız ödəniş sistemidir. Sərnişinlər kartlarını vurduqdan sonra avtobusun salonuna daxil olurlar. Ön qapıların iksi birdən açılan zaman hər kəs avtobusa daxil olmağa çalışır. Bu zaman müəyyən basırıq yaranır, sənişinlərdən bəziləri hətta əzilirlər. Bunu etməkdə məqsəd sərnişinlərin rahat şəkildə avtobusa daxil olması, avtobusların isə gecikmədən yoluna davam etməsini təmin etmək üçündür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Bir zamanlar metro keçidlərində əhaliyə kredit paylayan banklar mövcud idi” - Pərviz Sədrəddinovla MÜSAHİBƏ / Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR