​Azərbaycan Dünya Səyahət Bazarı-2018 sərgisində təmsil olunur - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun (Azerbaijan Tourism Board) təşkilatçılığı ilə ölkənin turizm potensialının dünyamiqyaslı təbliğatı məqsədilə 2018-ci ilin 5-7 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən “World Travel Market -2018” sərgisində iştirak edir.

Dünya turizm sənayesində əhəmiyyətli yerə malik olan “World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir. 190 kv-metrlik sahədə qurulan Azərbaycan stendi yeni brendə uyğun dizayn edilərək sərgi iştirakçılarına təqdim olunur. Sərginin ikinci günündə - 6 noyabr tarixində ilk dəfə olaraq Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün geniş miqyaslı təqdimatı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən sözügedən sərgidə iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR